«Azərbaycan bayrağına» (Cəfər Cabbarlı)

Cəfər Cabbarlı

-

Sevdiyim

Altun köksün hilal-yıldız işıqları öpüncə,

Zirvəsindən Şah dağının gündoğuşu dinilür,

Rəhmallahi gözəlliklər tanrısı tək pək incə,

Bir siyaqla könüllərə hey salamlar söylüyür,

O yerlərdə qardaşları, dostları var pək sevir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

«Azərbaycan» qəzeti, 1919, 25 avqust, ¹ 260

Azərbaycan bayrağına

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu? Aman Allah! Od yurdunun yaprağı!

Bu ay, yıldız, boyaların qurultayı nə dimək?

Bizcə böylə söyləmək!:

Bu gög boya gög moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı.

Yaşıl boya islamlığın sarsılmayan imanı,

yürəklərə dolmalı.

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli – «Od yurdu»!*

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi

səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı

yurdumuzu qucmuşdur.

«Azərbaycan» qəzeti, 1919, 29 avqust, ¹ 263

Mahnının linki

Azərbaycan bayrağına

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.

Şu görünüş bir ananın şəfqətinə oxşayor,

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə belə söyləmək:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış:İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.