XƏBƏRLƏR

«Yom» mədəniyyət dərgisi «Türkçülüyün tarixi» kitabını çap edib


Türk dünyasının ünlü düşüncə adamı Yusuf Akçuraoğlunun qələmindən çıxmış həmin əsər düz 78 ildən sonra Azərbaycan oxucularıyla da görüşmək imkanı qazanıb. Akçuraoğlu və ya Akçura soyadıyla tanınmış və əslən Kazanlı bu müəllif «Türk dərnəyi», «Türk yurdu» və «Türk ocağı» kimi cəmiyyətlər quran və ayrıca «Türk dərnəyi» və «Türk yurdu» adında zamanının ən məşhur jurnallarını buraxan görkəmli şəxsiyyətdir. Yeni kitaba Türkiyənin Azərbaycan səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Fethi Gedikli ön söz yazıb.




Azərbaycan mədəniyyətindən söz açan «Retro Sayt»ın 8 yaşı tamam oldu


Özünəməxsus dizaynı, zəngin məzmunuyla seçilən bu İnternet səhifəsi ölkənin azman sənətçilərindən söhbət açır. «Retro Sayt»ın başlıca üstünlüyü-burada musiqi dinləmək və Azərbaycan kinolarını izləmək imkanının olmasıdır. Bu saytı Azərbaycanın İnternetdəki evi kimi qiymətləndirənlər də var.