Qətər-2022-yə sahiblik edəcək Xəlifə stadionunun yeni görünüşü
Sizin brauzer HTML5-i dəstəkləmir
2022-ci ildə dünya futbol çempionatına sahiblik edəcək Qətər Əmirliyi yarışın əsas arenası, Xəlifə statidonunun yenidənqurulması planlarını təqdim edib. Səudiyyə Ərəbsitanının paytaxtı Əl-Riyadda keçirilən təntənəli mərasimdə 8 ildən sonra stadionun alacağı görünüş 3D qrafika və modellərdə nümayiş etdirlib.
2006-cı ildə Aziya oyunlarının keçirildiyi məşhur stadionun tamaşaçı tutumunun 40 minə qədər artırılması nəzərdə tutulur. Təşkilat komitəsinin planların Olimpiya və Futbol müzeyinin qurulması da daxildir.
Cəlbedici arxitekturaya malik yeni tikililərin Qatarın əsas görməli yerlərindən birinə çevirmək iddiasını səsləndirən təşkilatçılar həm də ekoloji cəhətdən təmiz tikililərə verilən LEE Gold sertifikatına iddialarını dilə gətiriblər. Reuters xəbər verir ki, bununla da Qatar dünya cempionatının bu ölkədə keçirilməsi haqda qərar qəbul edənlərə seçimin düzgün olduğunu göstərməyə çalışır.(Reuters)