Qətər-2022-yə sahiblik edəcək Xəlifə stadionunun yeni görünüşü (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

Qətər-2022-yə sahiblik edəcək Xəlifə stadionunun yeni görünüşü

Cəlbedici arxitekturaya malik stadionu Qatarın əsas görməli yerlərindən birinə çevirmək iddiasını səsləndirən təşkilatçılar onu həm də ekoloji cəhətdən təmiz tikili etmək istəyirlər

-

2022-ci ildə dünya futbol çempionatına sahiblik edəcək Qətər Əmirliyi yarışın əsas arenası, Xəlifə statidonunun yenidənqurulması planlarını təqdim edib. Səudiyyə Ərəbsitanının paytaxtı Əl-Riyadda keçirilən təntənəli mərasimdə 8 ildən sonra stadionun alacağı görünüş 3D qrafika və modellərdə nümayiş etdirlib.

2006-cı ildə Aziya oyunlarının keçirildiyi məşhur stadionun tamaşaçı tutumunun 40 minə qədər artırılması nəzərdə tutulur. Təşkilat komitəsinin planlarına Olimpiya və Futbol müzeyinin qurulması da daxildir. Cəlbedici arxitekturaya malik yeni tikililərin Qatarın əsas görməli yerlərindən birinə çevirmək iddiasını səsləndirən təşkilatçılar həm də ekoloji cəhətdən təmiz tikililərə verilən LEE Gold sertifikatına iddialarını dilə gətiriblər.

Reuters xəbər verir ki, bununla da Qatar dünya cempionatının bu ölkədə keçirilməsi haqda qərar qəbul edənlərə seçimin düzgün olduğunu göstərməyə çalışır.

FİFA-2022-nin Qətərdə keçirilməsi qərarı futbol aləmində mövcud olan korrupsiya ittihamlarına səbəb oldu. Bir sıra ölkələr, xüsusilə Böyük Britaniya iddia edir ki, çempionatın Qətərdə keçirilməsinə səs vermək müqabilində bəzi milli futbol federasiyalarının nümayəndlərinə rüşvət verilirb. Bu qalmaqaldan sonra bir sıra nəhəng şirkətlər FİFAya və çempionata sponsorluqdan imtina ediblər.

Bundan başqa, Qətər-2022-nin keçirilməsində iqlim problemləri geniş müzakirə olunur, yay aylarında bu ölkədəki isti hava şəraitində futbol oynamağın mümkünlüyü sual altınadır. Ona görə çempionatın qışda keçirilməsi haqda qərar qəbul olunması gözlənilir.

Reuters