Məşhur gürcü rejissoru Musiqili Teatrda olub

 Robert Sturua

Robert Sturua

-

Məşhur gürcü teatr rejissoru, bir sıra beynəlxalq mükafatlar laureatı, SSRİ Xalq artisti Robert Sturua bu günlərdə Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Robert Sturua teatrın təzəcə təmirdən çıxmış binasıyla, yaradıcı heyət üçün yaradılmış şəraitlə tanış olub və heyrətini gizlədə bilməyib.

“Mən nəinki postsovet məkanında, hətta Avropanın bir sıra qabaqcıl ölkələrində belə bu cür mənzərəylə qarşılaşmamışam” --deyə Robert Sturua Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə görüşündə bildirib.

R. Sturua ilə Musiqili Teatr arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılaşma əldə olunub.