Eyni zamanda Arazboyu ərazilərdə yerləşən rayonların xüsusi ilə də Sədərək, Şərur, Culfa rayonlarının kəndlərindəki əhali arasında monitorinqlər də keçirilir. Məqsəd əhalini məlumatlandırmaq və ev quşlarını peyvənd etdirməkdir. Naxçıvan şəhər Baytarlıq İdarəsinin rəisi Mirvasif Seyidov deyir ki, artıq MR-də 117 min kvadrat metr ərazi dezinfeksiya edilib. Ayrıca bazarlarda satılan diri quş və quş əti məhsulları üzərində də nəzarət gücləndirilib.
Mirvasif Seyidov deyir ki, Arazboyu ərazilərdə keçirilən monitorinqlər zamanı çay və hövzə sularının eyni zamanda sahil torpaqlarının təmizlik dərəcəsi də yoxlanılır.
Monitorinqlərdə MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edirlər. Nazirliyin əməkdaşı Vaqif İsmayılovun sözlərinə görə, Arazboyu ərazi dövlət yasaqlığı elan edildiyindən həmin ərazilərdə ova qadağa qoyulub. Bu da xəstəliyin insanlar arasında yayılma riskini nisbətən azaldır. Monitorinqlər noyabr-dekabr aylarında da davam edəcək.
MR Baytarlıq Xidmətindən onu bildirirlər ki, gömrük-keçid məntəqələrində də baytar həkimlər gücləndirilmiş iş rejimində işləyir.