«Aydın yol» qəzetindən çıxarılanlar və istefalar haqda rəsmi açıqlama verilib

«Aydın yol» qəzeti

“Tərcümə Mərkəzinin direktorunun qəzetin kadr məsələsinə qarışması” məsələsinə gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil.”

Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn “Qafqazinfo”ya açıqlamasında bildirib ki, T.M.-in həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtını uzatmayıb.

“Aydın yol” qəzetindən çıxarılanlar və istefalar haqda rəsmi açıqlama verilib.

Əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir. Təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki, istefa ərizəsini təqdim etməyib”.

Qeyd edək ki, qəzetin əməkdaşları Zöhrab Əmirxanlı və Tahir Kazımov işdən uzaqlaşdırılıb. Baş redaktor Fəxri Uğurlunun isə buna etiraz olaraq istefa verdiyi bildirilir.