“Aydın yol” qəzetinə yeni baş redaktor təyin olunub

Aydın Yol qəzeti

“Media forum” saytı xəbər verir ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həftəlik ədəbi-ictimai qəzeti olan “Aydın yol”un 6-cı sayı dekabrın 5-də yeni baş redaktorun – Yaşar Əliyevin imzası ilə çıxıb. Yaşar Əliyev həmçinin Tərcümə Mərkəzinin aparatına rəhbərlik edir.

“Aydın yol” bu il oktyabrın 24-dən işıq üzü görür. Qəzetin 6-cı sayı noyabrın 28-də çıxmalı idi. Ancaq ötən həftə Tərcümə Mərkəzinin rəhbərliyi qəzetin iki redaktorunu – Zöhrab Əmirxanlı və Tahir Kazımlını işdən uzaqlaşdırıb. Bundan sonra beş redaktor Fəxri Uğurlu istefa verib, Tərcümə Mərkəzinin rəhbərliyi isə 6-cı sayın çapını dayandırıb.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 2012-ci il mayın 23-də yaradılıb. 2014-cü il mayın 16-da dövlət başçısının sərəncamı ilə yazıçı Afaq Məsud mərkəzin direktoru təyin edilib.