Məşhur rejissora qarşı sui-qəsdin qarşısı alındı

Emir

-

Bosniya polisi tanınmış serb rejissoru, "Anderqraund" və "Atam ezamiyyətdədir" filmlərinə görə Kann Festivalının mükafatını qazanmış Emir Kusturica-ya qarşı sui-qəsd planının üstünü açıb.

OxuZalı "ИТАР-ТАСС"a istinadla xəbər verir ki, sui-qəsdi yarımhərbi "Qisasçılar" qruplaşması hazırlayıbmış.

Bu yaxınlarda həmin qruplaşmadan olan 15 nəfər Serbiyada və Bosniya və Hersoqovinada həbs edilib.

Onları 1990-cı illərin əvvəlində hərbi cinayətlər törətməkdə suçlayırlar.

Məlumata görə, sui-qəsd planından qruplaşma üzvlərinin telefonlarını dinləyərkən xəbər tutmaq mümkün olub.

"Qisasçılar"ın rejissora olan nifrətinin səbəbi onun Bosniya və Hersoqovina tərkibindəki Serb Respublikasının rəhbəri Milorad Dodiklə yaxınlığıdır.

Rejissorun özü bu məlumata şərh verməkdən intina edib.