-
«Yeni hüquqi abırsızlığın nümunəsi ilə üz-üzəyik; «Nə Allahdan qorxurlar, nə tarixdən»
Moskvada yaşayan məşhur azərbaycanlı yazıçı Çingiz Hüseynov özünün facebook səhifəsində jurnalist Xədicə İsmayılın həbsinə münasibətini bildirib. Statusu ilk dəfə «Azadlıq» qəzeti tərcümə edib:
«Susa bilmirəm. Qələm də təəccübünü gizlədə bilmir. Azərbaycan hüquq sistemi yenidən dünyaya analoqu olmayan nümunə göstərdi. Onların yaradıcı təfəkkürünə təəccüblənməmək mümkün deyil (nə Allahdan qorxurlar, nə tarixdən. Vaxtilə SRRİ Ali Məhkəməsində işləmiş mərhum dostum İsmayıl Alxasov belə hallarla bağlı deyirdi ki, heç bir sağlam düşüncəyə uyğun deyil).
Biz yeni hüquqi abırsızlığın nümunəsi ilə üz-üzəyik. Xədicə ilə şəxsi tanışlığım yoxdur. Eyni zamanda kəskin xarakterli yazılarından xəbərim var. Uzun müddət onu təqib etdilər və sonda həbsxanaya salmaq üçün əsas uydurdular. Ondan şikayət edən şəxs sağ-salamatdır. Yalnızca onun ərizəsinə əsasən belə qərar qəbul olunub. Bu qayda ilə istənilən adamı həbsxanaya göndərmək olar. Bu, əsl klassik bespredel nümunəsidir. Əslində, bu, danosdur. Sabirin məşhur misralası yada düşür:
Daş qəlbli insanları neylərdin, İlahi...».