Qroznı necə dəyişib: 20 il öncə və son günlər çəkilmiş fotolar

Solda Sülh küçəsidir, Krasnoflotskaya küçəsi ilə kəsişir. 

1995-ci ildə Lenin küçəsi bu vəziyyətdə idi. İndi həmin küçə Kadyrov prospekti adlanır. 

Sodlakı fotoda çeçen döyüşçü Prezident Sarayının qarşısını keçən vətəndaşı izləyir. İndi həmin sarayın yerində böyük məscid tikilib. 

Sülh prospektində 1996-cı ilin dağıntılarından demək olar əsər-əlamət qalmayıb. 

Sülh prospektində 1996-cı ildə çəkilmiş bu fotoda çeçen döyüşçülərin istifadə etdikləri maşında öz liderləri Cövhər dudayevin portreti görünür. O zaman həmin yerdə bazar vardı. İndi bazar başqa yerə köçürülüb, yerində yeni yaşayış binası tikilib. 

Minutka Meydanı o zaman ən qanlı döyüşlərə səhnə olmuşdu. Həmin meydan da demək olar tam yenidən qurulub.