-
Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan əməkdaşı Arif Yunusa yeni vəkil tutulub.
Bu haqda AzadlıqRadiosuna Arif Yunusun yaxınları məlumat verib.
Məlumata görə, bundan sonra onun hüquqlarını vəkil Əfqan Məmmədov müdafiə edəcək. Dekabrın 12-də vəkillə Arif Yunusun qohumları arasında müqavilə imzalanıb.
Dekabrın 10-da Vəkillər Kollegiyası Arif Yunusun müdafiəçisi Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Bu səbəbdən onun vəkillik səlahiyyəti məhdudlaşdırılıb.
Arif Yunusun həyat yoldaşı, SDİ-nin direktoru Leyla Yunus iyulun 30-da, özü isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və bir sıra digər cinayətlərin törədilməsində ittiham olunurlar.