-
Dekabr 16-da, London “Central Hall Westminster” də Vaqif Mustafazadəyə həsr olunmuş xatirə gecəsi keçirilib.
Buta Azərbaycan İncəsənəti Festivalı çərçivəsində təqdim olunan konsertdə gürcü caz ifaçısı və bəstəkarı Nino Katamadze, 60 və 70-ci illərdə Vaqiflə birgə çıxış etmiş basist Tamaz Kuraşvili, tanınmış rus saksofon ifaçısı və caz-orkestr rəhbəri İqor Butman və Vaqifin qızı, atasının yolu ilə gedərək dünya səviyyəli pianoçu kimi tanınmış Əzizə Mustafazadə çıxış edib. İfalar Kral Filarmonik Orkestri tərəfindən müşayiət olunub.
Vaqif Mustafazadə Azərbaycan ənənəvi musiqisi - muğamın müasir cazla uğurlu ahəngini yaradıb.
Londonda bu konsert bəstəkarın vəfatının 40-cı ildönümündə həyat və yaradıcılığının qeyd edilməsi münasibətilətəşkil olunub.
Buta İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev konsert haqqında bu fikirləri paylaşıb:
"Vaqif Mustafazadənin musiqisini və onun bütöv bir musiqiçi nəslinə göstərdiyi təsiri qeyd edərkən Vaqifin qızı Əzizənin bu xatirə konsertində çıxış etməsi bizim üçün xüsusi bir şərəfdir."