Jurnalist Əvəz Zeynallı azadlığa çıxıb

Jurnalist Əvəz Zeynallı

-

Dekabrın 30-da “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı əfv sərəncamı əsasında azadlığa buraxılıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Jurnalistin cəza çəkdiyi 10 saylı müəssisədə adları əfv siyahısında olan daha 4 nəfər azadlığa buraxılıb.

Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

O, hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub.

Baş redaktor bütün ittihamları rədd edib.