Orduya yardım fonduna 60 milyon manatdan çox vəsait yığılıb

Foto arxiv

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yanvarın 1-dək 60 milyon manatdan çox vəsait yığılıb.

Bundan başqa fonda 211 min 791 ABŞ dolları və 593 avro vəsait daxil olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 1-dək donda 59 milyon manat yığılmışdı.

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci il avqustun 17-də yaradılıb.

Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.