İntiqam Əliyevin işi üzrə hazırlıq iclası təxirə salınıb

İntiqam Əliyev

-

Yanvarın 16-da hüquqşünas İntiqam Əliyevin işi üzrə hazırlıq iclası təxirə salınıb. Proses vəkillərdən biri və zərərçəkənlərin məhkəməyə gəlmədiyi üçün yanvarın 23-nə keçirilib.

Prosesi izləmək üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin önünə ictimai fəallar toplaşıb.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

O, ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. Beynəlxalq hüquq müdafiə təşkilatları İ.Əliyevi siyasi məhbus kimi tanıyıblar.