Azərbaycan Beynəlxalq Bankı (BB) 2007-ci ilin yanvarından Gürcüstan ərazisində fəaliyyətə başlayacaq. «Azadlıq» radiosuna bu barədə məlumat bankın Mətbuat Xidmətindən verilib. Gürcüstana ciddi investisiya qoymaq fikirində olan BB bu ölkənin iqtisadiyyatı və bank sektorunun inkişafı üçün kreditlərin verilməsinə başlayacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də yaxın vaxtlarda Gürcüstanda yanacaqdoldurma stansiyaları açmağı planlaşdırır.