-
Keçmiş sovet lideri Vladimir Leninin Ukraynada daha 3 heykəli götürülüb.
Heykəllərdən ikisi yanvarın 28-də Berdyansk şəhərində hərbi geyimli bir qrup şəxs tərəfindən sökülüb. Onlar özlərini "Ukrayna vətənpərvərləri" adlandırıblar.
Yanvarın 27-də isə Zaporijya şəhəri kənarındakı heykəli naməlum adamlar uçurublar.
Son bir ildə Ukraynada Leninin onlarla heykəli götürülüb. Proses Avromaydan hərəkatından və ölkənin şərqində münaqişə qızışandan daha da sürətlənib.