“Şeytan ayələri”nin müəllifindən yeni roman

Salman Rushdie "Şeytan ayələri" kitabı ilə

-

Tanınmış Britaniya yazıçısı Salman Rushdie yeni roman yazıb.

“İki il səkkiz ay 28 gün” adlanan roman bu ilin sentyabrında işıq üzü görəcək.

Reuters agentliyi xəbər verir ki, romanda tarix, mifologiya və həmişəyaşar məhəbbət sintez olunub və məqsəd absurd və ağılsızlıq əsrinin girdabına qərq olmuş dünyanı təsvir etməkdir.

Əsərin adı “1001 gecə” nağıllarına göndərmədir.

Yeni roman Salman Rushdie-nin əvvəlki kitablarına nisbətən yığcamdır: cəmi 250 səhifə.

Rushdie-nin son romanı 7 il əvvəl çap edilmişdi. 2012-ci ildə Rushdie-nin “Cozef Anton” adlı memurları işıq üzü görüb.

1981-ci ildə Rushdie ingilisdilli ölkələrin ən nüfuzlu mükafatı olan “Buker”ə layiq görülüb. 1988-ci ildə isə “Şeytan ayələri” romanına görə İranın ali dini lideri onun ölümünə fitva verib. Yazıçını romanda Məhəmməd peyğəmbərin ailəsini təhqir etməkdə suçlayıb.