Neftin qiyməti yenə də düşməyə başlayıb

Buna başlıca səbəb kimi Birləşmiş Ştatlarda neft ehtiyatlarının artması göstərilir.

Son birja satışının nəticələrinə görə Brent markasından olan neftin qiyməti 6, 6 faiz enərək bir barrel üçün 54, 32 dollar olub.

ABŞ Energetika nazirliyi bildirir ki, ölkənin neft anbarlarındakı ehtiyat 6, 3 milyon barrel artıb.

Neft qiymətlərinin ötən həftə ərzində kiçik yüksəlişlərinə baxmayaraq bir çox ekspertlər bunun müvəqqəti hal olduğunu bildirirdilər.