ABŞ Konqresində Ukraynaya silah verilməsi haqda qanun layihəsi hazırlanıb

ABŞ Konqresində bir qrup respublikaçı senator tərəfindən Ukraynaya silah-sursat verilməsi haqda qanun layihəsi hazırlanıb.

Sənəd artıq Konqresin məlumat bazasında qeydiyyata alınıb.

Əgər qəbul edilərsə, bu, rusiyameylli separatçılarla qarşıdurmada Ukrayna ordusuna böyük dəstək ola bilər.

Amma eyni zamanda bunun Avropada genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən ehtiyatlananlar da var.