ABŞ rəsmisi Bakıda, demokratiya, enerji və təhlükəsizlik məsələlərini müzakirə edib

Victoria Nuland

ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland fevralın 17-də Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

O danışıqlardan sonra Bakıdakı ABŞ səfirliyində görüşlərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Victoria Nuland bu görüşlərin çox səmimi olduğunu və əsas diqqətin Azərbaycanla 20 illik əməkdaşlığa yönəldiyini deyib.

O bildirib ki, biz Azərbaycanı daha güclü, daha demokratik və müstəqil görmək, təhlükəsizlik, ifratçılıq və terrorçuluqla mübarizə, habelə iqtisadi, Enerji və demokratiyanın inkişafı sahələrində əməkdaşlığın davam etdirilməsini istəyirik.

Viktoria Nuland deyib ki, görüşdə, neft sektoru və iqtisadi islahatların inkişafı üçün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsini də müzakirə ediblər.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev korrupsiya ilə mübarizədə qəti olduğunu bildirdi və biz

bu istiqamətdə birgə səyləri davam etdirmək razılığına gəldik.

Dövlət katibinin köməkçisi görüşdə demokratiya və insan haqları məsələsinin də müzakirə olunduğunu deyib:

“Hökumətlə vətəndaş cəmiyyəti arasında açıq və yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir və ABŞ bunu dəstəkləyir.Biz ABŞ-ın bu sahədki narahatçılığından, insan haqlarının vəziyyəti və Kütləvi İnformasiya vasitələrinin problemlərindən danışdıq.Biz bu sahədə müzakirələri davam etdirmək və bu mövzunu qarşılıqlı dialoq yolu ilə gücləndirmək razılığına gəldik. Söhbət Avropa Şurasının qurumları ilə paralel işləyəcək ikitərəfli strukturun yaradılmasından gedir”

Viktoriya Nuland həmçinin qeyd edib ki, azərbaycanlı gənclərin ABŞ-da təhsil ala bilməsi üçün Airex və Flex kimi proqramlar çərçivəsində tıhsil mübadiləsinin gücləndirilməsinin vacibliyi qeyd olunub.