Milli Məclisdə müəllimlərin maaşından danışıldı

Fazil Mustafa

-

«Dövlət başçısı müəllim maaşının 33% artımı ilə bağlı sərəncam verib. Təəssüf ki, bu sərəncam hələ də həyata keçirilmir».

ANS-in məlumatına görə, bunu deputat Fazil Mustafa parlamentin martın 17-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, müəllimlər həm yanvar, həm də fevralın maaşlarını artımla ala bilməyiblər: «Axı bu kateqoriyadan olan şəxslərin başqa sahələrdən gəliri yoxdur. Məktəblərdə pensiya yaşına çatmış müəllimləri taleyin ümidinə buraxmışıq».

Deputat dünya təcrübəsindən misal gətirib və bir sıra təkliflər irəli sürüb: «Türkiyədə həmin müəllimlərə kiçik biznes qura bilməsi üçün təzminat verilir. Ancaq bizdə müəllim pensiyaya çıxanda, həmin vəsait ona verilmir. Məhz buna görə, müəllim pensiyaya çıxanda başqa bir işlə məşğul olmur».