Kabulda qaragüruh tərəfindən əsassız ittihamla linç edilmiş qadını əfqan adətlərinin və şəriətin xilafına olaraq, qadınlar dəfn ediblər.
Bu dəfn mərasiminə qoşulan yüzlərlə qadın Farkhundanı qətlə yetirənlərin cəzalandırılmasını tələb edib.
Farkhunda Quranı yandırmaqda ittiham olunsa da, rəsmi təhqiqat bunun belə olmadığını sübut edib.
Bu qadının qaragüruh kişi izdihamı tərəfindən qəddarcasına edam edilməsi ölkə polisinin və təhlükəsizlik orqanlarının kəskin tənqidinə səbəb olub.
Əksəriyyəti kişilərdən ibarət olan izdiham qadını dəyənəklərlə və daş-qalaq etməklə qətlə yetirib.
Bu qəddar “edam” videoya çəkilib və internetdə geniş yayılıb.
Prezident Ashraf Ghani hadisənin araşdırılması üçün sərəncam verib.