Martdan Bakı məktəblərində çalışan müəllimlər əmək haqlarını artımla alacaq.
Bu barədə APA agentliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla xəbər verir.
Yanvar və fevral ayları üçün artımlar damart ayının maaşı ilə birlikdə veriləcək.
Qeyd edək ki, Azərbaycanda bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin aylıq maaşının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib.