Meriya oktyabrın 27-də etiraz aksiyaları üçün Bakıda şəhərin mərkəzindən kənarda bir neçə yer müəyyən edib.
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə bildirir ki, onlar noyabrın 2-də piketlərini keçirməkdə israrlıdırlar: «Bakı Şəhər İcra Hakimiyyətinin özünün ayırdığı yerlərdə aksiya keçirməyi tövsiyə etməsi məntiqsizdir. Biz mitinq, ya da nümayiş keçirməyi planlaşdırmırıq. Etirazımız hansı qurumadırsa, onun da qarşısında aksiya keçirməliyik, paytaxtın hansısa ucqar yerində yox».
Meriya eyni tövsiyəni Azərbaycan Xalq Cəbhəsi Partiyasına da ünvanlayıb. Partiyadan isə deyirlər ki, onlar noybarın 2-də Prezident Aparatının 300 metrliyində piket keçirəcəklər.
Hər iki aksiyanın məqsədi «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılmasına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən irəli sürülmüş iddiaya etirazdır.