İranda qadın hüquq fəalları daş-qalağa qarşı kampaniyaya başlayırlar

İranda qadın hüquq fəalları daş-qalağa qarşı kampaniyaya başlayırlar. Onlar daş-qalaq yolu ilə müttəhimin edam edilməsini nəzərdə tutan qanunun Cinayət Məcəlləsindən çıxarılmasını istəyirlər.


Məhkəmə 2002-ci ildən daş-qalaqları dayandırsa da, hüquq fəalları bu ilin aprelində zinada günahlandırılan bir qadınla kişinin daş-qalaq edildiyini deyirlər. Hüquq fəalları hazırda daş-qalaq təhlükəsi ilə üzləşən 9 qadın və iki kişinin adlarını dərc ediblər.