Ötən il Putinlə Medvedevin gəliri 2 dəfədən çox artıb

Vladimir Putin və Dmitry Medvedev

2014-cü ildə Rusiya prezidenti Vladimir Putinin gəliri 2 dəfədən də çox artaraq 7 milyon 650 min rubl olub.

Kremlin rəsmi saytında yerləşdirilən məlumatda belə deyilir.

Bəyannaməyə görə, Putinin 77 kv m mənzili, qarajı və 1500 kv m torpaq sahəsi var.

Bundan başqa onun istifadəsində 154 kv m-lik mənzil var.

Məlumata görə prezidentin cəmi 3 maşını var və onların hamısı Rusiya istehsalıdır:GAZ М21, GAZ М-21-Р və Nivа.

Baş nazir Dimitry Medvedev isə prezidentdən 400 min rubl artıq qazanıb-təxminən 8 milyon rubl.

Bu da ötən illə müqaisədə 2 dəfədən çoxdur.

Ötən il Prezident Administrasiyasında ən çox qazanan MDB ölkələri ilə sosial-iqtisadi əməkdaşlıq idarəsinin rəisi Oleg Govorun olub.

O 114 milyon qubl gəliri olduğunu deyib.

Vladimir Putin bir il əvvəl özü, Medvedev və bir sıra dövlət qulluqçularının maaşını 2 dəfədən çoxartırmışdı.

Amma 2015-ci ilin əvvəlində prezident məmurların maaşını 10 faiz kəsib.