Xədicə İsmayılın həbs müddəti 3 ay uzadılıb

Xədicə İsmayıl

-

Mayın 14-də Nəsimi rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatına baxıb və jurnalist Xədicə İsmayılın həbs müddətini 3 ay uzadıb.

X.İsmayıl keçən ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məhkəmənin qarşısı

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.