Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin işi üzrə hazırlıq iclası keçirilib.
Vəkil Əli Mehdiyev mayın 14-də keçirilən prosesdə bildirib ki, Abdullazadə ötən il yanvarın 8-də saat 11 radələrində saxlansa da, onun üstünə baxış 19:30-da keçirilib və kuya üzərindən narkotik tapılıb.
O işin təkrar istintaqa göndərilməsi haqqında vəsatət qaldırıb, amma hakimlər vəsatəti təmin etməyib və mayın 19-na növbəti proses təyin ediblər.
Elvin Abdullayev prosesdə çıxış edərək, istintaq təcridxanasında 3 gün döyüldüyünü və ona yemək verilmədiyini deyib.
Anası Zülfiyə Abdullayevanın sözlərinə görə, oğlu mayın 7-də karserə salınıb.
Anası deyir ki, əqidəsindən dönməsi üçün istintaq təridxanasında oğluna təzyiq göstərilir.
Elvin Abdullayev Azərbaycan Pedaqoji Universitetinin tələbəsidir.
Tələbələr arasında hakimiyəti tənqid etdikdən sonra prorektor ona bunun yolverilməz olduğunu xəbərdarlıq edib.
2015-ci il yanvarın 8-də isə imtahan verdikdən sonra saxlanııb.
Elvin Abdullayev narkotik maddə saxlamaqda ittiham olunur.