Qarabağ müharibəsi iştirakçısı Mirtahir Mürsəlov Mayın 19-da Cəlilabad Polis İdarəsinin qarşısında özünü yandırıb.
Qarabağ Qaziləri Təşkilatından Azadlıq Radiosuna verilən məlumata görə, buna səbəb polis və prokurorluğun, döyülməsi və hədələnməsi ilə bağlı, onun şikayətinə məhəl qoymaması olub.
Mirtahir Mürsəlov Bakıdakı 5 nömrəli xəstəxanaya götürülsə də həyatını xilas etmək mümkün olmayıb.
Bir neçə gün bundan əvvəl də Cəlilabadda oxşar hadisə baş verib.
Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asıb.