İsveçrənin Federal Ədliyyə İdarəsi mayın 27-də Sürixdə FIFA-nın 9 rəsmisisinin saxlandığını bəyan edib.
ABŞ hakimiyyəti onların verilməsini istəyir.
Onlar mayın 27-i səhər saatlarında Sürixdəki bahalı otellərdən birində saxlanıblar.
ABŞ hökuməti onları 1990-cı ildən bu yana 100 milyon dollardan artıq rüşvət alıb-verməkdə şübhəli bilir.
Söhbət kommersiya sövdələşməsi, bu illər ərzində ABŞ və Latın Amerikasında müxtəlif yaraışların təşkilindən gedir.
Onlar həmçinin pulyuma, fırıldaqçılıq və reketçilikdə şübhəli bilinirlər.
FİFA-nın sözçüsü Valter de Qreqorie mayın 27-də Sürixdə keçirdiyi mətbuat konfransında deyib ki, bu imic və ad-sad baxımından təşkilat üçün pisdir, amma federasiyanın yenidən qurulması baxımından yaxşıdır.
Mayın 29-da Surixdə FIFA-nın illik toplantısında növbəti prezident seçkisi keçiriləcək.
Prezidentlik uğrunda indiki prezident Sepp Blatter də mübarizə aparacaq.Əgər seçilsə bu onun dalbadal 5-ci müddəti olacaq.
Prezidentlik uğrunda İordaniya kralı Hussein, Niderland Futbol İttifaqının rəhbəri Maykl Van Praq və keçmiş portuqaliyalı futbolçu Luis Figo da mübarizə aparacaq.