Küveytdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

Elmar Məmmədyarov

Elmar Məmmədyarov

Mayın 27-də Küveytdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş, İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində baş tutub.

Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlüd Çavuşoğlu görüşün regional əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətini vurğulayıb, həmçinin üçtərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.