Blatter-i istefaya çağırırlar

Sepp Blatter

-

İngiltərə Futbol Assosiasiyasının sədri mayın 27-də deyib ki, FIFA prezidenti Sepp Blatter qurum ətrafındakı korrupsiya qalmaqalına görə dərhal işdən getməlidir. Greg Dyke-dan öncə UEFA isə FIFA-nın mayın 29-na planlaşdırılan prezident seçkisini altı aylıq ertələməyə çağırmışdı.

Asiya Futbol Konfederasiyası Blatter-i dəstəklədiyini, seçkinin keçirilməsini istədiyini deyib.

Dyke-ın sözlərinə görə, o, Blatter-in bəyanatına inanmır. Blatter demişdi ki, FIFA korrupsiyanın kökünü kəsmək cəhdlərini artırmaqla futbol azarkeşlərinin inamını yenidən qazana bilər. “Nə qədər ki, Sepp Blatter ordadır, FIFA-da inamı bərpa etməyin yolu yoxdur,” Dyke deyib. “Sepp Blatter getməlidir. O, ya istefa verməlidir, ya səsvermədən çıxarılmalıdır, ya da üçüncü yol tapmalıyıq, onu güclə də qova bilərik”.

Blatter beşinci dəfə dörd illiyə seçilmək istəyir. Onun opponenti İordaniya Şahzadəsi Ali-dir.