Kommunal xərcsiz, daşınan mini evlər

«Ecocapsule»

-

Günümüzdə müxtəlif sahələrdə təbii enerji qaynaqlarından istifadəyə can atılır. İstehsalçılar tükənə bilən enerji qaynaqları yerinə, günəş, külək enerjisi kimi bərpa olunan enerji qaynaqlarına yönəlirlər.

Ötən günlərdə Slovakiyanın «Nice Arhitects» memarlıq şirkətinin təqdim etdiyi «Ecocapsule» adlı mini evlər bu baxımdan diqqət çəkir.

Bu evlərin əsas özəlliyi odur ki, lazım olan bütün enerjini üstündə qurulan günəş panelləri və külək turbinləri verir.

Bu mini evlər günəş panellərindən gündə orta hesabla 600, külək turbinindən isə 600-800W enerji alır.

Formasına görə yumurtaya bənzəyən evlər günəş və külək enerjisindən səmərəli şəkildə istifadə edirlər. Bu evlər yağan yağış damcılarını da yığıb sonra istifadə üçün ehtiyatda saxlayır.

Bu kapsul evləri bir yerdən başqa yerə daşımaq olar.

Hazırda dizayn mərhələsində olan evlərin 2016-cı ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.