Bolqarıstan keçmiş hərbi kəşfiyyatın arxivlərini açıb

Foto arxiv

Bolqarıstan keçmiş kommunist rejimi dövründəki hərbi kəşfiyyatın arxivlərini açıb.

Müdafiə naziri Nikolai Nencev arxivin araşdırmaçılar və jurnalistlərin üzünə açıq olduğunu bəyan edib.

Mayın 27-də 30 min məxfi sənəd mülki komissiyanın ixtiyarına verilib.

Nencev bununla keçmiş repressiv rejimin fəalliyyətinə aydınlıq gətiriləcəyi və bununla kommunist hakimiyyəti ilə bağlı olan səhifənin örtüləcəyini bildirib.

O 1944-1991-ci illər ərzində Bolqarıstanın təhlükəsizlik xidməti ilə əməkdaşlıq etmiş xaricilərin adlarının açıqlanmayacağını bildirib.

Bolqarıstan keçmiş SSSR-nin ən sadiq müttəfiqlərindən biri hesab olunur.