İslam Dövləti qrupu Liviyada hərbi-hava bazasını ələ keçirib

Foto arxiv

İslam Dövləti yaraqlıları Liviyanın Sirt şəhərindəki hərbi-hava bazasını zəbt ediblər.

Bu bazada həm də mülki hava limanı yerləşir.

Hazırda Derna şəhəri və Sirtin əksər hissəsi İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Keçmiş dikdator Muammar Gaddafinin 2011-ci ildə devrilməsi və qətlindən sonra Liviyada xaos yaranıb.

Həmçinin hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.