Ən çox bahalaşma meyvə–tərəvəz, süd və yumurtada olub

İlin əvvəli ilə müqayisədə ərzaq mallarının qiyməti 11 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ən çox bahalaşma meyvə–tərəvəz, süd və yumurtada olub – 32 faiz. Ət və balıq isə 17 faiz bahalaşıb. Komitənin məlumatında bildirilir ki, ilin əvvəlindən əhaliyə 4 milyard yarım manat məbləğində mal satılıb. Keçən illə müqayisədə ərzaq məhsullarının satışı 9 faiz, qeyri-ərzaq məhsullarının satışı isə 20 faiz artıb.