-
FIFA-nın hazırkı prezidenti Joseph Blatter yenidən qurumun rəhbəri seçilib.
Seçki İsveçrənin Sürix şəhərində ali futbol qurumunun 65-ci Konqresi çərçivəsində baş tutub.
J.Blatter-in yeganə rəqibi, İordaniya şahzadəsi Ali bin al-Hussein səsvermənin ikinci turunda iştirakdan imtina edib.
Səsvermənin birinci turunda J.Blatter 133, Ali bin al-Hussein 73 səs toplayıb.
J.Blatter 1998-ci ildən FIFA-ya başçılıq edir.
Son illər onun ətrafında böyük korrupsiya qalmaqalı yaranıb.
Mayın 27-də 7 FIFA rəsmisi Sürixdə həbs olunub.
Onlar rüşvətxorluq və pulyuma əməliyyatında ittiham olunurlar.