Novruz Məmmədov: «Blatter-ə yox, ABŞ və Avropa əleyhinə səs verdilər...»

Novruz Məmmədov

-

Azərbaycan Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FIFA-da keçirilən prezident seçkisinə münasibət bildirib.

N.Məmmədov öz Twitter səhifəsində yazıb: «Maraqlıdır, siyasətdə istifadə olunan üsullar artıq idman sahəsində də asanlıqla tətbiq olunur. Gizli səsvermə olduğu üçün görünür, səslər yalnız Blatter-in xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi».

Mayın 29-da Joseph Blatter beşinci dəfə FIFA-nın prezidenti seçilib.

Son illər onun ətrafında böyük korrupsiya qalmaqalı yaranıb.

Mayın 27-də 7 FIFA rəsmisi Sürixdə həbs olunub.

Onlar rüşvətxorluq və pulyuma əməliyyatında ittiham olunurlar.​