John Kerry xəstəxanaya yerləşdirilib

ABŞ Dövlət katibi John Kerry, İranın Xarici İşlər naziri Mohammad Javad Zarif. 30 may 2015. Cenevrə

-

Fransada velosiped qəzasında yaralanaraq xəstəxanaya yerləşdirilən ABŞ-ın dövlət katibi John Kerry-nin vəziyyəti sabitdir.

Dövlət Departamentinin məlumatında deyilir ki, 71 yaşlı Kerry mayın 31-də helikopterlə Cenevrəyə gətirilib, hazırda onun vəziyyəti dəyərləndirilir.

Məlumatda o da bildirlir ki, dövlət katibi huşunu itirməyib, ayağı zədələnib.
Qəza Fransanın kurort şəhərlərindən birində Scionzierdə baş verib.

Dövlət katibi mayın 30-da Cenevrədə İran xarici işlər naziri Mohammad Javad Zariflə görüşüb, nüvə məsələsi ilə bağlı razılaşmanı müzakirə edib.