-
Yəmənin sürgündə olan hökumətinin sözçüsü deyir ki, mayın 31-də Omanda ABŞ diplomatları ilə Yəmənin İranın dəstəklədiyi şiə yaraqlıları – husilər arasında danışıqlar aparılır.
Hökumət sözçüsü Rajah Badi Səudiyyə Ərəbistanında deyib ki, danışıqlar ABŞ-ın xahişiylə keçirilir və sürgündəki hökumət bu danışıqlarda tərəf deyil.
Badi-nin sözlərinə görə, “şəxsi Amerika təyyarəsi” husi nümayəndələrini Muskata aparıb.
Xəbərə husilər və ya ABŞ rəsmilərindən münasibət gəlməyib.
Təsdiqlənərsə, Oman görüşü müharibə başlanandan husilərlə ABŞ diplomatları arasında ilk danışıqlar olacaq.
Martdan Səudiyyə koalisiyası Yəmənə hava zərbələri endirir, prezident Abd-Rabbu Mansour Hadi-ni hakimiyyətə qaytarmaq istəyir.
Husilər ötən ilin sentyabrında paytaxt Sanaanı tutub. Hadi isə martda Yəməndən qaçıb.