Rusiyanın Malayziya təyyarəsinin vurulması ilə bağlı saxta fotolar göstərdiyi bildirilir

Igor Makushev

Rusiyanın müdafiə nazirliyi ötən ilin iyulunda Donetsk üzərində sərnişin təyyarəsinin vurulmasına görə,Ukraynanı günahlandırmaq üçün saxta sputnik şəkilləri təqdim edib.

Bu barədə “Ukrainskaya Pravda”qəzeti bu məsələ ilə bağlı araşdırma aparmış beynəlxalq “Bellingcat” qrupuna istinadla xəbər verir.

Məlumatda bildirilir ki, Rusiya müdafiə nazirliyinin ötən ilin iyulunda mətbuat konfransında göstərdiyi raket şəkilləri bir ay əvvəl çəkilibmiş.

Tədqiqatçıların sözlərinə görə, hər bir şəkildə rəqəmsal redaktələr aparılıb.

Bundan başqa şəkillərin üçünün də qəzanın baş verdiyi iyulun 17-dən əvvəl çəkildiyi bildirilir.