Buraxılış imtahanlarıdır

-

İyunun 2-də Bakıda 56 minə yaxın orta məktəb şagirdi buraxılış imtahanı verir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bildirir ki, 9-cu və 11-ci sinif şagirdlərinin imtahanı üçün 70-dən çox imtahan mərkəzi yaradılıb.

TQDK-nın saytında verilən məlumata görə, IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.

İmtahan verən orta məktəb şagirdlərinin 31490-ı 9-cu, 24408 nəfəri isə 11-ci sinif şagirdidir.

İmtahanların idarə olunması üçün 200-dən çox imtahan rəhbəri, 3 minə yaxın nəzarətçi-müəllim ayrılıb.