İran Bashar Assadı sonadək müdafiə edəcəyini deyir

Hassan Rohani və Mohammed Jihad al-Laham

İran prezidenti Hassan Rohani ölkəsinin Suriya prezidenti Bashar Assadı sonadək müdafiə edəcəyini deyir.

Yerli agentliklərin məlumatına görə, o belə bir bəyanatla iyunun 2-də, Suriya parlamentinin sədri Mohammad al Lahamın Tehrana səfəri zamanı çıxış edib.

İslam Dövləti qrupu ötən ay Suriyanın qədim Palmira şəhərini ələ keçirib.

Bundan başqa müxtəlif müxalif silahlı qruplar Suriya rejiminə qarşı mübarizə aparırlar.

İran Suriya münaqişəsində yaxın və qədim müttəfiqi Bashar Assad rejiminin tərəfini saxlayır.

Rohani deyib ki, bir sıra region ölkələri hesabda səhvə yol veriblər və hesab edirəm ki,onlar terrorçu qruplardan öz məqsədlərinə çatmaq üçün istifadə edə bilərlər.Amma gec-tez terrorizm onların öz üstünə gedəcək-deyə o vurğulayıb.