Azərbaycanının müdafiə naziri Zakir Həsənov iyunun 3-də Qırğızıstana səfərə yollanıb.
Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyi ölkələri Müdafiə Nazirləri Şurasının toplantısına qatılmaqdır.
Müdafiə Nazirliyinin məlumatına görə, iclasda Müstəqil Dövlətlər Birliyi çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq.