NİDA-cıların şikayəti təmin olunmadı

Şahin Novruzlu

Ali Məhkəmə İyunun 2-də NİDA vətəndaş hərəkatının üzvləri Üzeyir Məmmədli, Şahin Novruzlu və Rəşad Həsənovun kassasiya şikayətini təmin etməyib.

Bu barədə Turan-a vəkil Nemət Kərimli məlumat verib və bildirib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Digər fəallar Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşadət Axundov və İlkin Rüstəmzadənin kassasiya şikayətinə isə bir müddət sonra baxılacaq,

Bunu isə digər vəkil Əsabəli Mustafayev bildirib.

Hərəkatın 8 üzvü 2013-cü ilin mart-aprel aylarında Bakıda kütləvi iğtişaşlara hazırlaşmaq ittihamı ilə həbs ediliblər.

2014-cü ilin mayında isə 6 ildən 8 ilədək həbs cəzası alıblar.

Quliyev və Novruzlu 2014-cü il oktyabrın 17-də, Qurbanlı və Məmmədli isə dekabrın 29-da dövlət başçısı tərəfindən əvf olunub.

Əzizov, Axundov, Həsənov və Rüstəmzadə isə hələ də həbsdədir.

Amnesty İnternational təşkilatı onların hamısını “vicdan məhbusu” kimi tanınıb.