FİFA təşkilatın baş katibi Jerome Valckenin 10 milyon dollarlıq köçürmə ilə bağlı korrupsiya qalmaqalında əli olmadığını bəyan edib.
Federasiyanın iyunun 2-də yaydığı bəyanatda deyilir ki, Valcke də daxil olmaqla rəhbərliyin heç bir üzvünün bu məsələdə əl yoxdur.
New York Times qəzeti bundan əvvəl Valckenin ABŞ hüquq-mühavizə orqanları tərəfindən şübhəli şəxs qismində dindirilməsi barədə məlumat yayıb.
Söhbət 2008-ci ildə FİFA-nın keçmiş vitse-prezidenti Jack Warnerin hesabına 10 milyon dollar köçürülməsindən gedir.
İstintaq güman edir ki, bu vəsait 2010-cu ildə futbol üzrə dünya çempionatının Cənubi Afrikada keçirilməsini dəstəkləmək üçün verilib.
Mayın 27-də təşkilatın bir neçə rəsmisi Sürixdə rüşvət ittihamı ilə həbs olunub.