“Nazirlər Kabineti bu yaxınlarda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qaydaları müəyyən edəcək”.
APA-nın məlumatına görə, bunu iyunun 2-də baş nazirin müavini Əli Əhmədov deyib.
Amma o bildirib ki, bu o qədər də asan məsələ deyil, burada dərman şirkətləri ilə vətəndaşların maraqları uzlaşdırılmalıdır.
Hazırda dövlət tərəfindən lazımi işlər görülür vəçalışacağıq ki, yeni qaydalardan sonra qiymətlərlə bağlı insanları narahat edən problemlər aradan qaldırılsın-deyə o vurğulayıb.