Rafael Benitez Realla müqavilə imzalayıb

Rafael Benitez

Rafael Benitez Madridin “Real” klubuna baş məşqçisi təyin olunub.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, o klubla 3 illik müqavilə imzalayıb.

Bundan əvvəl onun Reala baş mşqçi təyin ediləcəyini klubun vitse-prezidenti Eduardo Fernandez de Blas da təsdiqləmişdi.

Müqaviləyə əsasən o ilə 4 milyon avro qazanacaq.

İyunun 3-də rəsmi təqdimat mərasimi keçirilməlidir.

55 yaşlı Bentez məşqçilik karyerasına məhz “Real”ın B komandasından başlayıb.

Sonra isə “Valensiya”, “Liverpul”, “İnter” və “Çelsi” kimi klublarda çalışıb.

“Real”dan əvvəl isə 2 ilİtaliyanın “Napoli” kulubuna məşqçilik edib.